SON XƏBƏRLƏR

Lənkəranda məişət tullantıları küçəyə atılır. Bu haqda bu gün, 13 noyabr tarixində Cenublu.az-a məlumat daxil olub.

Dəmir yol stansiyasının Heydər Əliyev prospektinə düşən hissəsində tullantılar hasar kənarına yığılıb. Ərazidə tullantılar üçün qablar olmadığından, sakinlər tullantıları bu əraziyə toplayırlar.

Ərazidə işləyənlər yaranan vəziyyətdən əziyyət çəkirlər. Tullantılar tez-tez yığışdırılmadığından, sakinlər üçün xoşa gəlməz qoxu yaranır.

“Məişət tullantıları buraya atıldığından müdiriyyət bizi danlayır. Buranı yığışdırmaq bizim işimiz deyil”- deyə ərazidə işləyən vurğulayıb.