Şəhərin Şəhidlər Xiyabanı 46/4 ünvanında yaşayış binasının zirzəmisi su ilə dolub. Sakinlər qeyd edir ki, bu problem illərdir var. Yağış yağdıqda, su zirzəmidən qalxıb küçəyə tökülür.
“Binada kanalizasiya sistemi bərbad vəziyyətdədir. Su zirzəmiyə tökülür. Ümumiyyətlə qoxuya görə bloka girmək olmur” – deyə müraciət edənlər bildiriblər.
Sakinlər bildirir ki, aidiyyatı üzrə müraciət olunub, lakin problem öz həllini tapmayıb.