SON XƏBƏRLƏR

Lənkəran şəhəri Qala Xiyabani ilə Axund Mirzə Məmmədhüseyn küçələrinin kəsişməsində yerləşən dirək qəzalı vəziyyətdədir. Bu haqda məlumatı bu gün, 1 dekabr tarixində Cenublu.az verir.

Belə ki, Lənkəran şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qarşısında yerləşən dirək hər an aşma təhlükəsi ilə üz-üzədir. “Güclü külək olsa dirək aşacaq. O zaman elektrik naqillər qırılacaq və ətraf ərazi işıqsız qalacaq” – deyə sakin qeyd edib.

Qeyd edək ki, Cenublu.az qəzalı işıq dirəkləri ilə bağlı problemləri tez-tez işıqlandırır.