Lənkəran şəhərində saat 00:00-dan sonra küçələrin işıqlandırılması dayandırılır. Bu haqda məlumatı bu gün, 18 noyabr tarixində sakinlər Cenublu.az-a verib.
Onlar Lənkəranın əsas küçəsi olan Zərifə Əliyeva küçəsində işıqların sönməsini müşahidə ediblər.
“Gecəyarısı işıqların sönməsi bir çox fəsadlar yaradır. Piyadaların gediş-gəlişi çətinləşir. Qaranlıqdan səkidə getmək mümkün olmadığından, piyadalar məcburən yol kənarına çıxmalı olurlar. Bu hal həm piyadalara, həm də sürücülərə təhlükə törədir” – deyə sakinlərdən biri söyləyib.
Həmçinin, Zərifə Əliyeva küçəsində piyada keçidlərinin olmaması da yol-nəqliyyat hadisələrinin tez-tez baş verməsinin səbəblərindən biridir.
