Lənkəran rayonu Digah və Xarxatan kəndlərinin yeni yaşayış massivlərində qazlaşma prosesi başlayıb. Bu haqda məlumatı bu gün, 7 dekabr tarixində Lənkəran rayon Qaz İstismar İdarəsi verib.
Belə ki, çəkiləcək qaz kəmərinin ümumi uzunluğu 4000 metrə yaxındır. Yeni kəmər 200-dən çox fərdi yaşayış evini təbii qazla təmin edəcək.
Qeyd edək ki, Cenublu.az dəfələrlə Digah kəndinin Təzə məhəllə adlanan ərazisinin qaz problemini işıqlandırmışdır.