SON XƏBƏRLƏR

Lənkəranın Digah kəndinin Təzə məhəllə adlanan ərazinin sakinləri qaz problemi ilə üzləşiblər. Bu haqda məlumatı kəndin sakini Cenublu.az-a yazaraq bildirib.

Onun sözlərinə görə bir neçə il öncə kənd, demək olar ki, qazla təchiz olunub. Lakin bəzi məhəllələrdə bu problem hələdə davam edir.

“Qışda çox əziyyət çəkirik. Evlərimizi odunla isidirik. Bütün ailə bir otağa yığışırıq ki, soyuq olmasın. Müvafiq qurumlara müraciət etmişik, söz veriblər, lakin hələ ki bir nəticə yoxdur”- deyə sakin qeyd edir.