Lənkəran şəhəri Vaqif Məmmədov küçəsində xəndəklər təmizlənir. Bu haqda məlumat bu gün, 4 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Aramsız yağan yağışlar və küləklər xəndəklərin zibillərlə dolmasına gəlib çıxarıb. Bu səbəbdən Mənzil Kommunal İstismar İdarəsinin əməkdaşları tərəfindən təmizlik işləri aparılıb.
Qeyd edək ki, daha öncə Cenublu.az Vaqif Hüseynov küçəsindəki xəndəklərin təmizlənməsi haqda yazmışdır.