SON XƏBƏRLƏR

Lənkəran şəhəri Mirhəşim Ağayev küçəsi diqqətdən kənarda qalıb. Bu haqda məlumatı bizə sakinlər bu gün, 21 oktyabr tarixində veriblər.

Onların sözlərinə görə, küçələrindəki xəndəklər uzun müddətdir ki, təmizlənmir.

“Uzun zamandır ki təmizlənməyən xəndəkləri kol-kos və ot basıb. Onlar istifadəyə tam yararsız haldadır”.

“Vaxtı ilə yağış sularının qarşısını almaq üçün qazılan xəndəklər hal-hazırda bizim küçədə öz funksiyasını yerinə yetirə bilmir” – deyə digər sakin söyləyib.

“Bizim küçəmiz unudulub. Hər dəfə xəndəklərin təmizlənməsini eşidəndə ümid edirik ki, bizə də gəlib çatarlar. Yağış yağana kimi təmizlənməsələr, küçəmizi su basacaq” – daha bir sakin deyib

Qeyd edək ki, kanalizasiya sistemi olmayan şəhərdə, xəndəklərin təmizlənməməsi ilə bağlı tez-tez problem olur.