Lənkəranda kanalizasiya kollektoru təmizlənmədiyindən ərazidən pis qoxu gəlir. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Şəhərin Müslüm Maqomayev küçəsindəki kollektor suları sakinləri narahat edir. Səttərxan küçəsindən gələn sular əraziyə tökülür. Məişət tullantılarının da kollektora atılmasına görə ərazini pis qoxu bürüyür.
Sakinlər qeyd edir ki, onlar bu qoxuya görə həyətlərində belə otura bilmirlər.
Daha öncə, Səttərxan küçəsindəki kollektor problemi Cenublu.az tərəfindən işıqlandırılmışdır.

