SON XƏBƏRLƏR

Lənkəran şəhəri “Raypo” adlanan əraziyə işıqlandırma sistemi çəkilir. Bu

haqda məlumat bu gün, 29 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Şəhidlər xiyabanı küçəsində Xanbulançay idarəsinin qarşısında işıqlandırma olmadığından sakinlər hərəkət etməkdə çətinlik çəkirdilər. Həmçinin, qaranlıq əraziyə gecələr sahibsiz itlər də yığışırdılar.

“Problemimiz həll olunduğu üçün çox sevinirik. Ümüdvarıq ki, tezliklə işlər tamamlanacaq” – deyə sakinlər söyləyib.

Qeyd edək ki, Cenublu.az 10 sentyabr tarixində sözügedən ərazinin işıq problemini işıqlandırmışdır.