Lənkəran şəhəri mikrorayon ərazisində işıqlar tez-tez sönür. Bu haqda məlumat bu gün, 28 oktyabr tarixində Cenublu.az-a daxil olub.
“Bu gün ərzində işıqlarımız artıq üçüncü dəfədir ki sönüb. Aidiyyatı üzrə müraciət edirik, lakin cavab vermirlər”- deyə bir sakin söyləyib.
“Ərazidə 20-yə yaxın yaşayış binası və 1 universitet var. İşlərimizi görə bilmirik, fasilələrlə işıq olmur”- digər sakin qeyd edib.
Qeyd edək ki, daha öncə Cenublu.az Göyşaban kəndindində işıqların tez-tez sönməsi haqda yazmışdır.