SON XƏBƏRLƏR

Lənkəran şəhəri Azad Mirzəyev küçəsinin sakinləri bir daha Cenublu.az-a müraciət edərək bildiriblər ki, evlərinə gələn su istifadə üçün tam yararsız haldadır. Bu haqda onlar bu gün, 11 oktyabr tarixində bildiriblər.

“Artıq bir neçə gündür ki, bu hal müşahidə olunur. Lakin dünəndən bəri su tamamilə paslı gəlməyə başlayıb” – deyə bir sakin qeyd edib.

“Bu suyu nəinki yeməyə və içməyə, hətta digər tələbatlar üçün istifadə etmək mümkün deyil” – digər sakin söyləyib.

Qeyd edək ki, 8 oktyabr Cenublu.az bu küçənin su problemini geniş şəkildə işıqlandırmışdır.