Lənkəran şəhəri Hənifə Abdullayev küçəsindəki su kollektorunun üstü açıqdır. Bu haqda məlumat bu gün, 25 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, yaxınlıqda Lənkəran Dövlət Universitetinin ikinci korpusu yerləşir. “Dəfələrlə olub ki, axşam saatlarında tələbələr dərsdən çıxanda ehtiyyatsızlıqdan bura yıxılıblar. Aidiyyatı qurumların məsələyə baxmasını istəyirik” – deyə sakin söyləyib.
Qeyd edək ki, Cenublu.az daha öncə Hənifə Abdullayev küçəsinin asfalt problemini işıqlandırmışdır.