Lənkəran rayonu Göyşaban kənd sakinləri bu gün, 19 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Onların sözlərinə görə, bu gün təqribi 20 dəfə işıqları sönüb-yanıb.
“Sonuncu dəfə işığımız bir neçə dəqiqə öncə söndü və 10 dəqiqə sonra yandı. Səbəbini bilmirik” – deyə bir sakin söyləyib.
“Azərişıqa müraciət etmişik. Dedilər ki, təmir işləri aparılır” – deyə digər sakin qeyd edib.