Lənkəran şəhəri Hamil Əsgərov küçəsinə tullantılar atılır. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində Cenublu.az-a daxil olub.
“Bura Kürə məscidinin önüdür. Lakin buna baxmayaraq insanlar ətrafa zibil atırlar. Cücü əlindən evimizdə rahat otura bilmirik”- deyə bir sakin söyləyib.
“Bu boş ərazinin kimə məxsus olduğunu bilmirik. Tullantıları da sakinlər atmır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, lakin zibillər yığışdırılmır. Ətraf təmiz olsa heç kim zibilləməz, amma zibillik ərazi görüb tullantılar atırlar” -deyə digər sakin qeyd edib.
“Axşamlar ətrafdan çaqqalların səsini eşidirik. Ərazi sahibsizdir. Çaqqallar zibillikdə eşələnirlər, bizdə qorxumuzdan evdən bayıra çıxa bilmirik” – digər bir sakin deyib.