Lənkəranın bir sıra küçələrində dirəklər təhlükəli vəziyyətdədir. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az-a sakinlər müraciət ediblər.
Şəhərin Zərifə Əliyeva döngə 2 və Mirhaşım Ağayev küçələrində elektrik naqillər və telefon xəttlərinin ötürücü dirəkləri sakinlər üçün təhlükə səbəbi olub.
Sakinlərin sözlərinə görə, aidiyyatı üzrə müraciətlərinə baxmayaraq, dirəkləri təmir edən olmayıb. Mikayil Nəzərov küçəsindəki dirək üzü yaşayış evinə tərəf əyilib.