SON XƏBƏRLƏR

Lənkəran şəhəri Heydər Əliyev prospekti dalan 1 ünvanında yerləşən qəzalı işıq dirək problemi aradan qaldırıldı. Bu haqda məlumat bu gün, 15 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, sakinlərin sözlərin görə, aidiyyatı qurumlar qəzalı dirəyi yenisi ilə əvəz ediblər. “Sizə təşəkkürümüzü bildiririk. Heydər Əliyev küçəsindəki dirək yenisi ilə əvəz olundu. Nə yaxşı ki, varsınız” – sakinlər Cenublu.az-a bildiriblər.

Biz isə öz növbəmizdə bu problemin həllində vasitəçi olduğumuz üçün çox şadıq!