SON XƏBƏRLƏR

Lənkəran şəhəri Əli Məmmədov küçəsindəki işıqlandırma problemi həll olunub. Bu haqda məlumat bu gün, 24 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, küçədə işıq dirəklərinin olmasına baxmayaraq yarısı yandırılmırdı. Bu hal sakinlərin hərəkəti üçün çətinliklər yaradırdı. Sakinlərin sözlərinə görə, artıq problem öz həllini tapıb və küçə tam işıqlandırılır.

Qeyd edək ki, Cenublu.az 22 noyabr tarixində bu problem haqda paylaşım etmişdir.