SON XƏBƏRLƏR

Cəlilabad rayonunun qaz problemi illərdir ki, həll olunmur. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində Cəlilabad rayon İcra Hakimiyyətinə istinadən verir.

Belə ki, 120 yaşayış məntəqəsindən 63-nə hələ də qaz xətti çəkilməyib.

Rayonda ümumillikdə 231 min əhali yaşayır ki, bunların 80-100 mini qazın olmamasından əziyyət çəkirlər. Halbuki qonşu Biləsuvarda qazlaşdırma 100, Masallıda 97, Lənkəranda isə 95 faizdir.

Qeyd edək ki, ölkə üzrə qazlaşma 96 faizdən yüksək olduğu halda Cəlilabadda bu rəqəmin heç 50 faizə çatmaması sakinləri olduqca məyus edir.