Cəlilabadda yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır. Bu haqda bu gün, 17 may tarixində Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
“Cəlilabad 1 və 2” ölçü qovşağından qidalanan şəhərin Cavadxan, Abbasağa-Azərtürk, Ş.Qurbanov, Babək küçələri olmaqla ümumilikdə 1500 abonetin qaz təchizatı 18 may saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.