SON XƏBƏRLƏR

Cəlilabadda 85,73% evlərdə qazlaşma işləri sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində Cəlilabad RİH-yə istinadən verir.

Belə ki, rayonun 39 527 evindən 33 886-sında qazlaşma işləri artıq yekunlaşıb. 5641 evdə isə qazlaşdırılma prosesi davam etdirilir.

Cəlilabad şəhərinin Əhməd Məmmədov, Məlik Quliyev və Həzi Aslanov küçələrində, Göytəpə şəhərinin Həsənabad küçəsində yeni qaz xətti çəkilir. Cəlilabad şəhərinin Heydər Əliyev prospektində, Səfi Axundov, Şıxəli Qurbanov və Qarabağ küçələrində, Göytəpə şəhərinin Sabir, Səməd Vurğun və Abbasağa Azərtürk küçələrində, rayonun Hacıismayıllı, Söyüdlü, Ocaqlı, Gülməmmədli, Sabirabad, Bəcrəvan, Privolnoye, Adnalı, Təklə və Uzuntəpə kəndlərində korroziyaya uğramış qaz xətləri yenisi ilə əvəz olunub.

Şəhərin Əhməd Məmmədov, Məlik Quliyev, Mustafa Nuri küçələrində Göytəpə şəhəri, rayonun Alar, Kazımabad, Uzuntəpə, Məmmədcanlı, Privolnoye kəndlərində şəhid ailələri və qazilərin evlərinə də yeni qaz xətti çəkilib.

Cəlilabad şəhərinin Mehdi Hüseyn küçəsində, Göytəpə şəhərinin Səməd Vurğun küçəsində və Uzuntəpə kəndinin bir hissəsinin təbii qaza olan tələbatının normal və təhlükəsiz vəziyyətə gətirilməsi üçün hər birində 1 ədəd yeni qaz tənzimləyicisi quraşdırılıb.

Rayonun müxtəlif ünvanlarında 5441 ədəd qazsızma halları aradan qaldırılıb. Rayon ərazisində 1029 ədəd SMART tipli sayğac quraşdırılıb. 227 ədəd abonentin qaz xətti yeni çəkilmiş qaz kəmərinin üzərinə köçürülüb.

Cəlilabad şəhərinin Səttarxan küçəsində 5 ədəd, Şıxəli Qurbanov küçəsində 5 ədəd, Azərbaycan küçəsində 1 ədəd, rayonun  Muğan kəndində 6 ədəd, Uzuntəpə, Əliqasımlı və Ocaqlı kəndində 2 ədəd siyirtmə quraşdırılıb.

Rayonun Cəfərli, Çünəxanlı, Həsənli və Məmmədcanlı kəndlərinin qazlaşdırılması da yekunlaşıb. Yaxın vaxtlarda digər kəndlərə də təbii qaz veriləcəyi gözlənilir.

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.