Bu gün, 21 fevral tarixində Masallı rayonunun bir sıra kəndlərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Belə ki, Masallı rayonu, Binə Xocavar kəndində yeni quraşdırılan diametri 225 mm olan orta təzyiqli polietilen qaz xəttinin mövcud qaz kəmərinə birləşdirilməsi üçün Çaxırlı, Binə Xocavar və Şərəfə kəndlərinin ümumilikdə 2000 abonentinin qaz təchizatının 21 fevral saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.