SON XƏBƏRLƏR

Bu gün, 19 yanvar tarixində Masallı Yarımstansiyasında aparılacaq yenidənqurma işləri səbəbindən bir sıra ərazilərdə işıq olmayacaq.

Belə ki, saat 10:00-dan 14:00-a kimi Masallı şəhəri, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Alişanlı, Ətcələr, Qarğalıq, Əminli, Qədirli, Kürdəbazlı, Şəhriyar, Həsənli, Köçəkli, Məmmədxanlı, Təkdam, Xırmandalı, Hacıtəpə və Ərəb kəndləri olmaqla ümumilikdə 17 yaşayış məntəqəsinin (8527 abonent) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.