SON XƏBƏRLƏR

Masallı rayonunun bir sıra kəndlərində ümumillikdə 7000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində verir.

Belə ki, Musaküçə kəndində payız-qış tədbirlər planına əsasən, RDUK tipli qaz tənzimləyicisinin quraşdırılması ilə əlaqədar Masallı şəhəri, Xıl-Sirəbil, Təzəkənd, Sərçuvar, Gəyəçöl və Musaküçə kəndlərinin ümumilikdə 5800 abonentinin və Alvadı qaz paylayıcı stansiyadan qidalanan diametri 219 mm olan qaz xəttinin təmiri ilə əlaqədar Şərəfə və Çaxırlı kəndlərində 1200 abonentə qazın verilişi saat 11:00-dan işlər yekunlaşana qədər dayandırılıb.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.