SON XƏBƏRLƏR

Cəlilabad şəhərinin bir sıra küçələrində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 mart tarixində Lənkəran Regional Qaz İdarəsinə istinadən verir.

Cəlilabad şəhərinin Ə.Cavad küçəsində yaşayan şəhid atası Məmmədov Museibin adına olan evin qaz xəttini mənbəyə qoşmaq üçün şəhərin Səttərxan-3, Cavadxan, Ə.Cavad küçələrinin və Sərhədabad, Əliabad, Fərzili, Suluçeşmə, Abdullu, Astanlı və Zopun kəndlərinin ümumilikdə 2700 abonentinin qaz təchizatı 10 mart 2023-cü il tarixində saat 09:30-dan işlər başa çatana qədər dayandırılıb.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.