SON XƏBƏRLƏR

COVİD-19 pandemiyası səbəbindən ucqar kəndlərdə qazlaşdırılmanın dayandırılması Astaranın Taxtanəkəran kəndinə də öz təsirini göstərib. Bu haqda bu gün, 22 yanvar tarixində Cənublu.az Kaspi.az-a istinadən xəbər verir.

Azəriqazın açıqlamasına görə, ucqar kəndlərin qazlaşdırılması 96,3% tamamlanıb. Taxtanəkaran kəndi isə 3,7% olan hissəyə düşür. Onlar qaz təminatı olmadığından elektrik enerjisinin vasitəsi ilə evlərini qızdırırlar.

“Əvvəllər meşədən odun gətirə bilirdik, lakin indi meşədən ağac kəsmək qadağandır. Əslində, biz bu addımı təqdir edirik ki, meşələri qırmaq olmaz, bu, ekoloji tarazlığı pozur. Amma biz də soyuqda qalmamalı, istilik üçün nədənsə istifadə etməliyik. Hazırda elektrik enerjisindən istifadə edirik. Bu da bizim üçün baha başa gəlir. Həm də elektrik xətlərində hər hansı problem səbəbindən nasazlıq baş versə, onda vəziyyətimiz daha da çətin olur”, – deyə kənd sakini bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi açıqlamasında bildirib: “Bu kənddə 60-a yaxın fərdi yaşayış evi mövcuddur. Kəndin yaxınlığından keçən qaz kəməri Rinə kəndinə çəkilmiş daşıyıcı qaz kəməridir. Qeyd edim ki, Rinə kəndi artıq qazdan istifadə edir. Taxtanəkəran kəndinin qazlaşdırılması məsələsinə növbəti mərhələdə baxılacaqdır”.