SON XƏBƏRLƏR

Astarada yağan intensiv yağışlar ciddi fəsadlar törədib. Bu haqda məlumatı bu gün, 20 oktyabr tarixində Baku TV paylaşıb.

Təxminən 10 gün əvvəl yağan yağışlar 40 evin yerləşdiyi 28 may və Nizami küçələrinin kəsişməsində yığılıb. Nəticədə məhəllədəki evləri su basıb. Yağış suları evlərin zirzəmisinə dolub.

Sakinlərin sözlərinə görə, buna səbəb yaxınlıqda gedən tikinti işləridir. “Binaların tikintisi zamanı axıntı üçün istifadə olunan əsas su kanalı dolub”- onlar deyiblər.

Şəhər icra nümayəndəliyindən bildirilib ki, yaxınlıqda tikinti aparan sahibkarla danışıqlar aparılıb və qısa zamanda problem həll olunacaq.