SON XƏBƏRLƏR

Astarada içməli suyun verilişində fasilələr yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində “Azərsu” ASC-yə istinadən verir.

Belə ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı Astara şəhərinin içməli su ilə təchizatında məhdudiyyətlər yaranıb.

Hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.