SON XƏBƏRLƏR

Astara rayonunun Səncərədi kəndində 20-yə yaxın ev mavi yanacaqla təmin olunmayıb. Bu haqda məlumatı Xəzər xəbər verib.

Belə ki, kəndə təbii qaz çəkilsə də, artıq 15 ilə yaxındır ki, iki məhəllədə qaz yoxdur.

Sakinlər deyirlər ki, aidiyyəti qurumlara müraciət ediblər, ancaq onlara qaz çəkiləcəyi ilə bağlı ya vədlər verilib, ya da öz vəsaitləri hesabına qaz çəkmələri tövsiyə olunub.

Kənd sakinləri təsərrüfatlarındakı meyvə ağaclarını kəsərək qışa odun tədarükü gördüklərini deyirlər. Kimsə həyətində olan sitrus ağaclarını kəsib yandırır, kimsə də istifadəyə yararsız məişət əşyalarından odun kimi istifadə edir.

Məsələ ilə bağlı “Azəriqaz”ın rəsmisi Eldəniz Vəliyev bildirib ki, regionlarda qazlaşma prosesi davamlı şəkildə həyata keçirilir. Sözügedən ərazi də hazırda qurumun gündəmindədir. Proses növbəli şəkildə həyata keçirildiyindən, 2023-cü ildə həmin ərazi qazlaşdırılacaq.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər