SON XƏBƏRLƏR

Yayda temperaturun həddindən artıq isti keçməsi dibçək bitkilərinə ziyan vurub. Bu haqda xəbər bu gün, 11 noyabr tarixində ARB Canub TV kanalında paylaşılıb.

Bu il ötən illərə nisbətdə sitrus bitkilərinin məhsuldarlığında düşüş müşahidə edilib. Əsasən bu problem dibçəkdə yetişdirilən limon ağaclarına təsir edib.

“Bu cür bitkilər 33-35 dərəcədə yetişdirilməlidir, lakin yayda temperaturun 35 dərəcədən yüksək olmasına görə çiçəklənmə dövrünə təsir edib. Ağaclar bar gətirib. Adətən 1 ağac 10 gətirməli idi, lakin indiki şəraitdə 2 bar gətirib” – deyə təsərrüfatçı Arif Kərimov qeyd edib.

Həmçinin fermer bildirib ki, isti havalarda suvarma da kömək etmir. Çünki belə olan halda isti güclü buxarlanmaya səbəb olur.

Qeyd olunan hava temperaturu problemi kinkan ağacına ziyan vurmayıb. Kinkan ağacının çiçək açması 2-ci vegetasiya dövründən sonra olur.