SON XƏBƏRLƏR

“Lənkəran Balıq Konserv” ASC-də sahibkarlar üçün ümumi yığıncaq təşkil olunacaq. Bu haqda məlumat bu gün, 16 fevral tarixində Fed.az-da paylaşılıb.

1 aprel 2022-ci ildə baş tutacaq görüş aşağıdakı gündəlikdə keçiriləcəkdir:

  • “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması
  • “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi
  • Bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqların balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib edilmiş əmlakın (qiymətlilərin) ləğvi aktlarının təsdiq olunmasının müzakirəsi
  • “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi
  • Digər məsələlər

Ümumi yığıncağın gündəliyi üzrə materialları ilə tanış olmaq istəyən sahibkarlar, səhmdar cəmiyyətinin Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən inzibati binasında cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər. Müraciət tarixləri iş günləri saat 10.00-dan 18.00-dək olacaqdır.

Sahibkarların diqqətinə çatdırılır ki, yığıncaqda iştirak etmək vacibdir.