SON XƏBƏRLƏR

Azərbaycanda regionlar arasında ən çox aztəminatlı cənub bölgəsindədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində verir.

Belə ki, əhali sayı ilə müqayisədə daha çox aztəminatlı şəxs cənubda yaşayır. Ölkə üzrə aztəminatlıların 17 faizindən çoxu, yəni 41 min nəfərə yaxın insan cənubda yaşayır.

Cənub bölgəsində ən çox aztəminatlı isə Yardımlı rayonunda yaşayır. Yardımlının 70 min əhalisi var və onların 9 483 nəfəri, yəni 13,5 faizi aztəminatlıdır.

Lənkəran rayonunda 12,68 min şəxs və ya rayon əhalisinin 5,5 faizi, Masallı rayonunda 10 min şəxs və ya rayon əhalisinin 4,3 faizi aztəminatlıdır.