SON XƏBƏRLƏR

Lənkəranda sahibkarlar və bizneslə yeni məşğul olanlar üçün investisiya təlimi keçiriləcək. Bu haqda məlumat bu gün, 22 noyabr tarixində Bakı Fond Birjasının rəsmi saytında paylaşılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İnvestisiya şirkətlərinin iştirakı ilə təşkil olunacaq tədbir 30 noyabr tarixində baş tutacaq.

“İnvestisiya səyahəti” layihəsinin keçirilməsində əsas məqsəd sahibkarlarda maliyyə savadının artırılmasıdır. Tədbirdə investisiya şirkətləri maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirəcək.

Lənkəranda baş tutacaq “İnvestisiya səyahəti” ölkə ərazisi üzrə sayca 2-cidir.