SON XƏBƏRLƏR

15 dekabr-Beynəlxaq çay günü ilə bağlı BAKU TV Cənub zonasında çayçılığın inkişafı ilə bağlı videoreportaj hazırlayıb.

Belə ki, Azərbaycanda 21 min hektar çaya yararlı torpaq var. Lakin onun cəmi 13 400 hektarı əkilib. Bununda 7 min hektara yaxın sahə təkcə Lənkəran rayon ərazisinə düşür.

Eyni çay kollarından bahalı və nisbətən ucuz çaylar əldə oluna bilər. Bahalı çaylar may ayında – ilkin yığılan zərif yarpaqlar hesab olunur. Sahələrdən toplanan yaşıl çay yarpaqları qurudulduqdan sonra fabrikdə çeşidlənərək növlərə ayrılır. Cənub bölgəsində istehsal edilən çaylar dəfələrlə beynəlxalq sərgilərdə nümayiş olunaraq böyük maraqla qarşılanıb. Hazırda ölkəmizdə yerli iqlim şəraitinə uyğunlaşdırılan 30-a yaxın çay növü becərilir. Bunlar buta, çiçək və tək yarpaq çay növləridir. Bu çaylar içərisində Lənkəran çayı birinci yer tutur.

Mütəxəssislərin fikrincə bahalı çay səhər saat 6:00-da günəş doğmamış bir saat ərzində yığılır və xüsusi texnologiya ilə hazırlanır. Bu çay çox məhdud miqdarda olduğu üçün qiyməti 500 manatdan 2000 manata qədər dəyişir və əsasən Avropa bazarına çıxarılır.

Çay dünyada sudan sonra ən çox içilən faydalı içkilərdən biridir. Çayın istehsalına ilk dəfə ölkəmizin cənubunda 20-ci əsrin əvvəlində başlanılıb. Yerli çaylarımız tarixən həm ölkə daxılındə həmdə xaricdə özünəməxsus dadı ilə seçilib. Adına şeilər qoşulan, mahnılar bəstələnən çay 1001 dərdin dərmanı adlandırılıb.