SON XƏBƏRLƏR

Masallıda pərakəndə ticarət dövriyyəsi 1,5 faiz artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 352611,6 min manatlıq məhsul satılıb. Onun 152234,5 min manatını və ya 43,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200377,1 min manatını və ya 56,8 faizini isə qeyri-ərzaq malları təşkil edib.

2021-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,5 faiz artıb, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 32,6 faiz azalıb, qeyri-ərzaq malları üzrə isə 61,2 faiz artıb.

Pərakəndə ticarət dövriyyəsinin 40,8 faizini hüquqi şəxslər, 59,2 faizini isə fərdi sahibkarlar tərəfindən satılmış məhsulların həcmi təşkil edib.