SON XƏBƏRLƏR

Masallıda məhsul yığımı davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki, Masallı rayonunda 1 oktyabr 2022-ci il tarixinə 4160,0 hektar sahədən 78723,4 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 905,2 ton və ya 1,2 faiz çoxdur.

Rayonda 220,9 hektar çəltik sahəsinin 128,4 hektarı biçilib. Çəltik sahəsindən 417,5 ton məhsul götürülüb. Boradigah qəsəbəsində, Qızılağac, Xıl, Tüklə və Yeddioymaq kəndlərində çəltik biçimi davam edir.

Həmçinin rayon üzrə 1 oktyabr 2022-ci il tarixinə 7195,0 hektar təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün şum qaldırılıb.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,