SON XƏBƏRLƏR

Masallı Rayon Statistika İdarəsi rayon ərazisində olan statistik göstəriciləri  açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 5296,7 ton ət, 35209,9 ton süd, 46660,0 min ədəd yumurta, 148,7 ton yun istehsal olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 27,7 ton və ya 0,5 faiz, süd istehsalı 266,4 ton və ya 0,8 faiz, yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz və yumurta istehsalı isə 0,5 faiz və ya 240,0 min ədəd artıb.

2022-ci ilin oktyabr ayının 1-nə rayonda 73.933 baş iribuynuzlu mal-qara (ondan 37.301 baş inək və camış), 95.345 baş qoyun və keçi mövcud olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 592 baş (0,8 faiz), inək və camışların sayı 659 baş (1,8 faiz), qoyun və keçilərin sayı isə 338 baş (0,3 faiz) artıb.