SON XƏBƏRLƏR

Masallı Rayon Statistika İdarəsi bələdiyyə büdcələrinin gəlir və xərclərini açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki,rayonda fəaliyyət göstərən bələdiyyələrin 2022-ci ilin yanvar-sentyabr aylarında büdcə gəlirləri 353,6 min manat olub və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.

Bələdiyyələrin 2022-ci ilin yanvar-sentyabr aylarında büdcə xərcləri 380,9 min manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 38,6 faiz çoxdur.

Fəaliyyət göstərən 36 bələdiyyənin 86,1 faizi hesabat dövrünü yerli büdcənin kəsiri ilə başa vurub.