SON XƏBƏRLƏR

Masallı Rayon Statistika İdarəsi əsas kapitala qoyulmuş investisiyaların sayını açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində verir.

Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Masallı rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 88383,7 min manat vəsait yönəldilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 69 faiz çoxdur. İstifadə olunmuş vəsaitlərin 83,7 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.

Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin həcmi 3758,8 min manat təşkil edib. Ondan 4,4 faizi tikinti yenidənqurma, 52,2 faizi əsaslı təmir, 36,4 faizi cari təmir, 7,0 faizi sair işlərdir.