SON XƏBƏRLƏR

Masallıda əkin sahələrinin suvarılması üçün istifadə olunan su ehtiyatının həcmi açıqlanıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az Unikal.az-a istinadən xəbər verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, Masallıda 9892 hektar əkin sahəsinə su Viləşçay su anbarından gəlir. Sağ sahil beton kanal vasitəsilə 4530 hektar əkin sahəsi qapalı şəbəkə vasitəsilə suvarma su ilə təmin olunur.

Əkin sahələrinin suvarılması ilə yanaşı, Viləşçay su anbarı vasitəsilə Masallı şəhəri, Masallı rayonunun kəndləri və Cəlilabad şəhəri içməli su ilə təmin edilir. İndi kanallara suvarma sularının verilməsi dayandırılıb. Anbarda növbəti mövsüm üçün hazırlıq işləri görülür.