SON XƏBƏRLƏR

Masallıda pomidor yığımı keçən illə müqayisədə xeyli artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Belə ki, fermerlər bu il 524,5 hektar sahədə pomidor yetişdiriblər. Payızın son ayları olmasına baxmayaraq, sahələrdə məhsul yığımı davam edir. Rayon Statistika idarəsindən aldığımız məlumatda bildirilir ki, tərəvəz ustaları mövsümün əvvəlindən bəzi bazarlara 17,362 ton pomidor göndəriblər ki, bu da ötən ildəkindən 84,4 ton çoxdur.