SON XƏBƏRLƏR

Masallıda meyvəçilik inkişaf edir – yeni meyvə bağları salınır, müxtəlif meyvə ağacları əkilir. Bu haqda məlumatı Cenublu.az Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Rayonda 120 hektar meyvə bağı mövcuddur ki, onun 7 hektarı yeni salınıb. Bunun 5 hektarını alça, 2 hektarını isə gilas ağacları təşkil edir. Türkiyədən gətirilən meyvə ağaclarının sayı 5 mindən çoxdur və məhsuldarlığı yüksəkdir. İlkin olaraq bu il bağlardan 4 tona yaxın məhsul toplanması proqnozlaşdırılır.

Meyvəçilik üçün dövlət tərəfindən subsidiyaların verilməsi, rayonun iqlim şəraitinin əlverişli olması fermerləri bu sahəyə həvəsləndirən əsas amillərdəndir.

Qeyd edək ki, Masallı rayonunda alça, gilas, armud və üzüm bağlarından əlavə, bu il 32 hektar sahədə sitrus bağları da salınıb.