SON XƏBƏRLƏR

Masallıda çəltik biçini davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Bu il 220.8 hektar sahədə çəltik yetişdirən fermerlər artıq bir neçə gündür ki, biçinə başlayıblar. Çəltik kombaynlarla biçilir. Yaxşı qurumamış ləklərdə biçin əllə aparılır.

Rayon Statistika idarəsindən verilən məlumata görə, hazırda 132 hektar sahə biçilib, hər hektardan 32,5 sentner məhsul götürülüb.

Qeyd edək ki, Boradigah, Xıl və Tüklə kəndlərinin çəltikçiləri biçini başa çatdırmaqdadırlar.