Masallıda zəmilərdə məhsul biçilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.
Rayon üzrə ümumilikdə 10281 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 7276 hektarı buğda, 3005 hektarı isə arpa sahəsidir.
26 iyun tarixinə kimi Masallı rayonu üzrə 5698 hektar buğda, 2925 hektar arpa sahəsi biçilmişdir. Hal-hazırda taxıl yığımı davam edir.