SON XƏBƏRLƏR

“Avrora-Çay” ASC ləğv edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində Apa.az-a istinadən verir.

Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə Lənkəranda yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır.