SON XƏBƏRLƏR

Torpağının hər bir guşəsi bərəkətli olan Lənkəranımız çəltik əkini siyahısına da başçılıq edir. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Fins.az-a istinadən xəbər verir.

Azərbaycanda çəltik biçini başa çatıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edir. 2022-ci ildə ən çox çəltik Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında əkilib.

Bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Bu günədək sahələrdən 11.558 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur.

Lənkəranda çəltikçiliyin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün lazımi infrastruktur yaradılıb.