Dövlət Məşğulluq Agentliyi Lənkəran şəhərində məşğulluq layihələri başladıb. Layihə çərçivəsində bir sıra yerli əhali üçün iş imkanı yaranacaq. Bu haqda agentliyinin rəsmi saytında paylaşım edilib.
Layihəyə əsasən Lənkəran üzrə Hirkan Milli Parkı 4 ay müddətində və Şəhidlər Xiyabanında 2 ay müddətində abadlıq işləri aparılacaq.
Layihənin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.
Müraciət üçün müvafiq ərazi məşğulluq mərkəzlərinə müraciət edə bilərlər. Son müraciət tarixi 31 oktyabr 2021-ci il müəyyən edilib.