Lənkəranda soğan yetişdirən fermerlər məhsul yığımına başlayıblar. Bu il hava şəraiti əlverişli keçdiyindən sahələrdən yüksək məhsul əldə edilib.
Aprel ayında əkilmiş məhsulun yığımı iyunun 15-dən başlamışdır. Soğan əkimi ilə əsasən rayonun Xolmili, Seyidəkəran, Göyşaban, Ürgə kəndlərinin əkinciləri məşqul olurlar. Əkində dad və digər keyfiyyətləri ilə seçilən Masallı və Sabir soğanlarına üstünlük verilir. Hər hektardan təxminən 20 – 25 ton soğan yığılır.
Toplanmış soğan, sahədə qurudulduqdan sonra saplağ hissələri kəsilir və artıq satış üçün yığılır.
Saplağı kəsilmədən qurudulmuş soğan hörülərək quru yerdə saxlanılır. Bu üsülnan soğanı 1 ilədək cürümədən saxlamaq olur.
Lənkəranda bu il 309 ton soğan əkilən sahələrdən indiyədək 1500 ton məhsul yığılıb. Yığım iyul ayının sonunadək başa çatdırılacaq.