SON XƏBƏRLƏR

Lənkəran rayonunda çay əkininə start verilib. Bu haqda məlumatı bu gün, 14 oktyabr tarixində Cenublu.az verir.

Belə ki, rayonun Sinovlu kəndində Dövlət Aqrar İnkişaf mərkəzinin Lənkəran nümayəndəliyinin iştirakı ilə “Beta” şirkəti tərəfindən çay əkini başlayıb.

Qeyd edək ki, çiling üsulu ilə artırılan çay tingləri Azərbaycana Şri-Lankadan gətirilib və ilk dəfədir ki, tətbiq edilir.