SON XƏBƏRLƏR

Vaxtilə Lənkəran və Astara rayonlarında inkişaf edən sahələrdən biri olan dəfnəçilik, günümüzdə yalnız dekorativ bitki kimi yetişdirilir. Bu haqda məlumatı marja.az paylaşıb.

Azərbaycanda dəfnəçilik 1930-cu illərdən yayılmağa başlayıb. Sonralar bu sahə genişləndirilərək hektarlarla ərazini əhatə edib. Astaranın Kijəbə qəsəbəsi ərazisində Lenin adına subtropik sovxoz yaradılmışdı. Sovxozun ərazisində 20-30 hektarlıq dəfnə plantasiyalarında çalışan insanlar onun yarpaqlarını yığaraq qurudurdu. Daha sonra konserv zavoduna təhvil verib pulunu alırdılar.

Sovet dövründə dəfnə yarpağından daha çox məişətdə, əsasən də balıqçılıq sənayesində, meyvə-tərəvəz konservlərinin istehsalında geniş istifadə olunurdu. O zaman respublikamızda kifayət qədər konserv zavodları fəaliyyət göstərdiyi üçün dəfnə yarpaqlarına da tələbat yüksək idi.

Hazırda dünyanın əksər ölkələrində dəfnə yarpağı tibbi və kosmetik şirkətlərə yüksək qazanc gətirir.

Qeyd edək ki, hazırda dünya bazarında bu bitkiyə olan tələbatın 90-95 faizini Türkiyə ödəyir. Əgər yığım və ixrac məsələsi öz həllini tapsa, qısa müddətdə bu gəlirli sahəni ölkəmizin cənub rayonlarında yenidən dirçəltmək mümkündür.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər